“İnsanlar kəndlərə getmliydilər, orda təmiz su, hava, qida var. Bu, immuniteti qaldırır”

Bunu tanınmış ictimai xadim, Tibb  Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. 
R.Mahmudov açıqlamasında yumşalma olsa da insanların qaydalara riayət etməsinin vacibliyini vurğulayıb:

“Əslində növbəti dəfə yumşalma ediləndə camaatı şəhərdən uzaqlaşdırmaq lazım idi. İnsanlar kəndlərə getmliydilər, orda təmiz su, hava, qida var. Bu, immuniteti qaldırır. Deyirlər ki, koronavirus 2023-cü ilə qədər davam edəcək. İngiltərə kraliçası Elizabetanın dediyinə görə bunun beş dalğası olacaq və onda ölən öləcək, qalan qalacaq. Mən heç özüm də bunu dəqiq bilmirəm. İnsanları vaxtında rayonlara buraxıb orda müalicələrini təşkil edəydilər. Bakıda ağır xəstələr oldu. Kitab mağazaları da açılmalıydı. Onsuz da marketə girib ərzaq alırıq, insanlar bu şəkildə də kitab mağazalarına girib özlərinə lazım olan kitabı alardılar. Bununla yanaşı, gigiyenik qaydalara riayət edilməlidir. Əllərimizi tez-tez yumalıyıq, maska taxmalı və məsafə saxlamalıyıq. Bizim özümüzdə də günah var, qaydalara riayət etmirik”.
скачать dle 12.1