Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
"Bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bütün bunları nəzərə alaraq sürücü və vətəndaşları çimərliklərə gedən yollarda digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağa, polis əməkdaşlarının təhlükəsizlik məqsədi ilə gördüyü tədbirlərə, onların qanuni tələblərinə əməl etməyə çağırırq. Bununla yanaşı vətəndaşlar qeyd edilən ərazilərdə qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı çimərliklərdə və ətraf ərazilərdə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Bir daha vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik edir, xoş istirahətlər arzulayırıq!"
DİN-dən vətəndaşlara MÜRACİƏT
11
iyul
12:57

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi