"Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam".
Axşam.az bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bağ mövsümü" proqramında deyib.
O, aparıcı Murad Əzimzadənin "Bu sənətdə kimi bağışlamamısınız? Sizinlə ciddi konflikti olan sənət adamları gördük. Heç peşman oldunuzmu? O səhvi bir də təkrarlaya bilərlər" sözlərinə belə cavab verib:
"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulur - red.). Onu bağışladım və özüm onun üçün "Yasin" də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında illərlə qalmaqal yaşanıb. Onların mübahisəsi məhkəməyə qədər gedib çıxıb.
İ.Quliyeva Dostəliyevanı məhkəməyə vermiş və 25 min manat təzminat almışdı.
Nazpəri: “Onun üçün “Yasin“ də oxudum“
21
iyul
18:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat