Aparıcı İlkin Həsəni polisə video-müraciət ünvanlayaraq onun ailə üzvlərini təhqir edən qadının tapılmasını istəyib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirib ki, may ayının sonlarında ailə üzvlərindən birinin başına xoşagəlməz hadisə gəlib:
“Bir xanım durduğu yerdə təhqirlərə keçib, alçaldıcı hərəkətlər edib. Bu xanımla bağlı həmin dəqiqə “102” xidmətinə zəng edərək, şikayət etmişik. Çox təəssüf ki, hadisədən 50 gün keçməsinə baxmayaq, həmin xanım nə tapılır, nə də onun haqqında məlumat verilir”.
Aparıcı qeyd edib ki, yaxın günlərdə yenidən həmin xanımla bağlı polisə müraciət edilsə də, hələ də məsələ öz həllini tapmayıb:
“Həmin xanım haqqında məlumatları etik baxımdan yaymaq istəmirəm. Düşünürəm ki, bu video-müraciətimdən sonra məni qoruyan polisim hərəkətə keçəcək və məsələ öz həllini tapacaq”.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Qafqazinfo-ya bildirib ki, artıq müraciət qeydə alınıb:
“İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”.
İlkin Həsənini video-müraciətdən sonra polisə çağırdılar - Video
22
iyul
14:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat