“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O, birinci siniflərə qəbul prosesində rüşvətin artdığını bildirib:
"Müəllimlərin işə qəbul imtahanlarında suallar satılıb. Bununla bağlı açıqlama yaydılar ki, sualları müəllim sızdırıb, deməli, əlbirsiniz. Bundan başqa, birinci siniflərə qəbul prosesində rüşvət artıb. Bakının bəzi məktəbləri var ki, orada birinci sinfə qəbul ərazi prinsipinə əsasən aparılır. Məsələn, 20 nömrəli məktəbə, Əhmədlidə Humanitar-təmayüllü liseydə oxumaq istəyənlər mütləq həmin ərazidə yaşamalıdırlar. Amma mən nazirliyə müraciət edirəm ki, gəlin siyahı təqdim edin, görək həmin şagirdlərin hamısı, həqiqətən də o ərazidəndirmi?”
Ekspertin sözlərinə görə, son iki ildə Azərbaycanın təhsil sistemində rüşvət, korrupsiya, əsassız pul tələbləri, dost-tanışın işə qəbulu adi hala çevrilib:
“Təhsil sahəsində heç bir proses şəffaf deyil. Məsələn, direktor müavinlərinin işə qəbulu həyata keçirilir. Əgər 100 vakant yer varsa, onun 50-ni gözdən pərdə asmaq üçün imtahanla götürürlər, digərlərinin ballarını isə açıqlamırlar. Bu gün birinci sinif rus bölməsinə gedirsən yer yoxdur, amma kimsə gedir adam tapır uşağını istədiyi sinfə, istədiyi müəllimin yanına qoyur. Bu gün dərs saatlarının satılması, vakant yerlərin gizlədilməsi adi hala çevrilib".
Kamran Əsədov qeyd edib ki, son 2 il ərzində təhsil sistemində təyinat alanların tək məqsədi talamaq, təhsili məhv etməkdir.
"Qrant layihələrə pul ayrılır. Hara gedir bu pullar, təhsilin inkişafına? Yalandan dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəmək üçün türk dilində, ingilis dilində kitabları tərcümə edirlər”, - təhsil eksperti bildirib.
“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov
25
iyul
10:54

Qarabağ
KOMMENTLƏR
İmtahan sualları niyə çətin olur? - Nazirdən açıqlama
Lisey və gimnaziyalara şagird qəbuluna başlanıldı
Təhsil eksperti qeyri-etik video yaydı: “Hələ, əlimizdə olanları paylaşsaq...”- VİDEO
“Deyirlər ki, bu gün brifinq olacaq və məktəblər bağlanacaq” - Vacib açıqlama
1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat