2020-ci il avqustun 11-dən istifadəyə verilən “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyasından bu günədək 33784 dəfə istifadə edilib.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyasından istifadə edə bilərlər. Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyası 2020-ci il sentyabrın 9-u saat 00:00-dək aktiv olacaq. Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
Güzəştli mənzillərlə bağlı yeni xəbər
08
sentyabr
00:03

Qarabağ
KOMMENTLƏR
Güzəştli mənzillərlə bağlı yeni xəbər
Dərslərin başlaması kirayə mənzil bazarına necə təsir edəcək? - Ekspert rəyi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir - VİDEO
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat