Son günlərin gündəm mövzularından biri də taksilərdir.
Belə ki, həm keyfiyyətli xidmət, həm də sərfəli qiymət axtarışında olan sərnişinlərin dediyinə görə, "1 manatlıq" taksilərin ləğvinə dair müzakirədən sonra taksi qiymətlərində artım müşahidə olunub. Rəsmilərin fikrincə, "1 manatlıq" taksilər əhali üçün əlverişli olsa da, keyfiyyətin azalmasına gətirib çıxarır.
Cebhe.info hazırda bazardakı mövcud durumu öyrənib. Belə ki, dünəndən bəri bizim də müşahidələrimizə əsasən, "Bolt" , "Uber" , *2111, *9933 taksi xidmətlərinin qiymətləri ötən günlərə nisbətən artıb. Bəzi taksi xidmətlərində artım 40-60 qəpik civarında dəyişib. Məsələn, əvvəllər şəhərin “28 May” metrosu ətrafından “Ağşəhər”ə qədər olan məsafəni 3 manat 30 qəpiyə gedən taksilərə indi 3 manat 80 qəpik ödəmək lazımdır. Əksər istiqamətlər üzrə qiymətlərdə belə artım var.
Əsas artım isə həftəsonu müşahidə olunur. Belə ki, həftəsonu ictimai nəqliyyat işləmədiyindən, taksi xidmətinə tələbat artır və bu, bahalaşmaya səbəb olur. Xüsusilə də isti və günəşli havanın müşahidə olunduğu həftəsonu çimərliklərə gedənlərin say çoxluğu qiymətlərə təsir edir. Taksilər ucuz tarifə qısa məsafəni yox, baha qiymətə olan uzun məsafəni seçdiyindən, taksi çatışmazlığı da hiss olunur.
"Bolt" taksi sürücüsü Cebhe.info əməkdaşı ilə söhbətində bildirib ki, qiymətlərə standart tarif tətbiq edilib. Belə olan halda gediş haqqı məsafədən asılı olaraq, həm də pik saatlara uyğun olaraq tənzimlənib: “Əgər söhbət qiymət artımı olsaydı, sərnişinlərə xəbərdarlıq ediləcəkdi”.
Bakıda taksi xidməti bahalaşdı
09
sentyabr
10:52

Qarabağ
KOMMENTLƏR
“Həm işsizlik artacaq, həm də əksəriyyət taksi xidmətlərindən istifadə edə bilməyəcək” - BNA-nın təklifinə reaksiya
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq - Açıqlama
Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…
"Deyəsən, avtobus nəqliyyatını bahalaşdırmaq istəyirlər" - Ekspert
“Manatlıq taksiləri ləğv edə bilməyəcəklər” – Tələb çox, şərait isə yox!
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat