“Siyasi sahədə informasiya təhlükəsizliyinin təmin edilməsi yaranan problemlər barədə dövlətə xəbərdarlıq səviyyəsinin artırılmasına birbaşa təsir göstərir”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. O, həmçinin diqqətə çatdırıb ki, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən bir sıra mühüm siyasi-hüquqi tədbirlər və addımlar həyata keçirilir.
“İnformasiyanın sistemləşdirilməsi və təhlükələrin qarşısının alınması məsələsi qlobal xarakter daşıyır. Bu mövzu Avropada, xüsusən Almaniyada daha aktualdır. Azərbaycan yerləşdiyi geosiyasi regionun mürəkkəbliyini nəzərə alaraq, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi çox aktualdır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin strateji sahələrindən biridir. Xüsusən də İkinci Qarabağ müharibəsi zamanı bu məsələ öz siyasi əhəmiyyətini daha da artırdı. Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında inamlı qələbə qazana bildi, Qarabağ məsələsində bütün dünyaya ədalətli mövqe çatdırdı. Müharibə illərində 37 xarici televiziya kanalına, jurnalistlərə müsahibə verən Prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkəni informasiya təhdidləri və təhlükələrindən xəbərdar etmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər hüquqi və siyasi xarakter daşıyır. Bu baxımdan, bu prosesi tənzimləyən qanunvericilik bazası kimi aşağıdakı qanunları göstərmək olar: “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “İnformasiya azadlığı haqqında”. Bu mühüm məsələnin həllində bütün dövlət orqanları və vətəndaş cəmiyyəti institutları fəal rol oynayır. Xüsusilə, burada bilavasitə milli təhlükəsizliyə cavabdeh olan Dövlət Təhlükəsizliyi Xidmətinin rolunu qeyd etmək lazımdır. Son 5 ildə baş verənlər göstərir ki, bu gün bu qurumun nüfuzu yüksək səviyyədədir”, - deyə deputat vurğulayıb.
Professor ədəbsiz ritorikadan istifadəyə də toxunub.
“Ədəbsiz ritorikadan istifadə informasiya sferasını əhatə edən təhlükə kimi qiymətləndirilir. Təəssüf ki, xaricdən maliyyələşən bloggerlərin əksəriyyəti daxili siyasi qeyri-sabitlik mühiti yaratmaq üçün hər cür vasitələrdən istifadə etməyə hazırdır. Bu üsullardan biri də nalayiq sözlərdən istifadədir”, - deyə, həmsöhbətimiz bildirib.
Ekspert məlumatların yayılmasında sosial şəbəkələrin roluna diqqət çəkib.
“Hazırda informasiyanın yayılmasında sosial şəbəkələrin rolu əvəzsizdir. Bununla belə, burada çatışmazlıqlar da var. Bəzi siyasi qüvvələr sosial şəbəkələrdən ölkənin inkişafı üçün deyil, daha çox öz eqoist maraqları və məqsədləri üçün istifadə edirlər ki, bunun da əsas məzmunu Azərbaycanda daxili siyasi sabitliyi pozmaqdır”, - deyə E.Nəsirov fikrini yekunlaşdırıb.
“Bloggerlərin əksəriyyəti qeyri-sabitlik yaratmaq üçün hər cür vasitələrdən istifadə edirlər” - Elman Nəsirov
02
avqust
10:42
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı