"Nurgün” Şirkətlər Qrupunun törəməsi olan "Nugün Motors” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Məcəllər Xətasının 430.4-cü maddəsi ilə təqsirləndirilir. Həmin maddədə qeyd edilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
"Nurgün Motors” MMC 21 oktyabr 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Surxay Tofiq oğludur.
Surxay Əhmədov həmçinin "Nurgün” Şirkətlər Qrupunun Baş icraçı direktorudur.
"Nurgün Motors” MMC avtomobil sektorunda fəaliyyət göstərir. Şirkət Azərbaycanda Yaponiya istehsalı olan "Nissan” markalı avtomobillərin satışını həyata keçirir.
“Nugün Motors” məhkəməyə verildi
03
avqust
18:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat