Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “BİSB Solutions” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.
BAKİSESİ.COM-un xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 20250 avro (38880 manat) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarından “BİSB Solutions” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “BİSB Solutions” MMC Türkiyənin "Bosch Security and Safety Systems" şirkətinin Azərbaycandakı dilerdir.
Şirkət binalar üçün siqnalizasiya, videomüşahidə, yanğın aşkaretmə və s. sistemlərin quraşdırılmasını həyata keçirir.
"Bosch" şirkətinin Azərbaycandakı dileri
10
sentyabr
17:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat