“Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil. Ona görə də ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib”.
Bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.
Baş prokuror qeyd edib ki, XXI əsrin cəmiyyətləri və dövlətləri medianın inkişafı olmadan inkişaf edə bilməz: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda media dördüncü hakimiyyətdir. Bunu hər kəs təsdiq edə bilər”.
"Medianın cəmiyyətdə rolu böyükdür" - Kamran Əliyev
10
avqust
10:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat