"Bu gün qardaşımın itkin düşməsindən 3 ay ötür. Təəssüf ki, ondan hələ də bir xəbər ala bilməmişik".
Bu sözləri Lent.az-a açıqlamasında Zaqatalada itən hindistanlı turistin qardaşı Dharan Kondaveeti deyib.
O, qardaşının axtarışlarında heç bir izə rast gəlinmədiyini açıqlayıb: “Axtarışlar hələlik heç bir nəticə verməyib. Onun Car kəndinin sağ tərəfindəki meşəlik ərazidə olduğunu düşünürük. Hesab edirik ki, həmin ərazi hələ də yaxşı axtarılmayıb. Biz axtarışların yaxşı aparılmasını istəyirik”.
Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb.
Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
3 ay keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.
“Onun meşədə olduğunu düşünürük” - Zaqatalada itən turistin qardaşı DANIŞDI
12
avqust
16:48

Qarabağ
KOMMENTLƏR
İtən turistlə bağlı yeni xəbər
Hindistanlı turistin itdiyi dağdan görüntülər: Ərazi ayılarla doludur - VİDEO
İtkin düşən turistin meyiti tapılıb? - DİN-dən AÇIQLAMA (FOTOLAR)
İtən turistin atasının da başına İŞ GƏLDİ - Zaqataladan TƏCİLİ
Zaqatalada itən turist nazir müşavirinin oğlu imiş - Atası da axtarışlara qoşuldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat