Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Albatros Heltkeyr" MMC olub.
Yeniavaz.com
xəbər verir ki, Mərkəz müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması xidmətinə görə MMC-yə 6 milyon 134 min 126 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 min ABŞ dolları nizamnamə kapitalı olan "Albatros Heltkeyr" MMC-nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 8 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 12 avqust tarixinə olan məlumata görə, "Albatros Heltkeyr" MMC-nin dövlət büdcəsinə 28 min 486 manat 97 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Elnur Əliскачать dle 12.1