Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi təyin edilib.
Qaynarinfo xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə gömrük general-mayoru Güloğlan Muradlı təyin olunub.
Qeyd edək ki, Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müavin təyin olunmuşdu.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu ilin 14 iyul tarixində saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, bundan əvvəl Şahin Bağırovun əmri ilə general-mayor Kənan Aşurlu “Azərterminalkompleks” Birliyinin direktor müavini təyin edilib və direktor vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb.
Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Daha bir generala yeni vəzifə verildi
15
avqust
17:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat