"Sosial şəbəkə bugünkü dünyamızın reallığıdır və demokratik ölkələrin hər birində sözügedən platformadan geniş istifadə edilir. Mən deyərdim ki, Azərbaycanın demokratik dövlət olmasının çoxsaylı göstəriciləri içərisində bu məsələ xüsusi yer tutur".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov son günlər deputatlara sosial şəbəkə üzərindən olan hücumlardan, yalan məlumatların onların adından yayılmasından danışarkən deyib.
O bildirib ki, ölkə əhalisinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir. Bu özü sübut edir ki, Azərbaycan demokratik dövlətdir:
"Təəssüf ki, sosial şəbəkə istifadəçilərinin davranışı hüquq nöqteyi-nəzərindən birmənalı deyil. Ümumiyyətlə, sosial şəbəkə istifadəçilərini şərti olaraq 3 kateqoriyaya bölmək olar.
Bunlardan birinciyə intellektual, savadlı, zəngin dünyagörüşünə malik olan insanlar aiddir. Hansı ki, öz fikirlərini, düşüncələrini paylaşırlar, fikir mübadiləsi aparırlar. Sosial şəbəkənin özlərinin elit düşüncə məkanına çevirmək istəyirlər. İkinci qrup insanlar sosial şəbəkələrə əyləncə məkanı kimi baxırlar. Üçüncü qrupa isə qaragüruh daxildir. Onlar şər-böhtan ifraz etməklə məşğuldurlar. İnsanların şərəf və ləyaqətini alçaldır, işgüzar nüfuzuna xələl gətirirlər. Ən dəhşətlisi isə budur ki, cəzasız qalırlar. 3-cü seqmentə daxil olanlar 1-ci və 2-cinin üzərinə də kölgə salır. Öncədən də qeyd etdiyim kimi, 1 və 2-cilər sosial şəbəkəyə "üz ağardıcı" gətirirlər, amma 3-cülər "üz qarası" gətirirlər".
Elman Nəsirov hesab edir ki, məsələni həll etmək üçün xüsusi "baş sındırmağa" ehtiyac yoxdur:
“Sosial şəbəkələrlə bağlı qanunun qəbuluna ehtiyac var. Bu sahədə ciddi boşluq var. Mən özüm Milli Məclisin deputatı olaraq bunun əziyyətini çəkirəm. Uydurma, yalan, mənbəyi olmayan böhtanla dolu sitatlar gətirilir. Son günlər də xanım deputatlarımıza qarşı qanunazidd davranışın şahidi oluruq. Qardaş Türkiyədə bu məsələ ilə bağlı xüsusi qanun qəbul edilib. Bu bir çox ölkələrdə ABŞ, Fransa və digərlərində var. Hesab edirəm ki, Türkiyənin nümunəsi Azərbaycanda istifadə edilə bilər".
Deputat sosial şəbəkələrə nəzarət üçün Türkiyə modelini təklif edib. Hansı ki, sözügedən modeldə sosial şəbəkələrin baş ofislərinin ölkədə fəaliyyəti nəzərdə tutulur və belə hadisələrə operativ müdaxiləri mövcuddur:
"Türkiyədəki sosial şəbəkələrlə bağlı tətbiq edilən modeldə texniki baxımdan hər şey nəzarətdə olur. Tənqid varsa, bununla heç kimin işi yoxdur. Amma bir də var ki, insanın yatıb yuxusuna girmədiyi informasiyanı onun adından verəsən nəticədə onun söyülməsinə, təhqir edilməsinə rəvac verəsən və cəzasız qalasan. Sosial şəbəkənin qaragüruhçu seqmenti cəngəllik qanunlarıyla işləyir. Bildirim ki, ölkələrdə "YouTube", "Google", "Facebook" və s. platformaların ofisi açılıb. Belə hallarla bağlı müraciət olur və cəza tədbirləri nəzərdə tutulur. Türkiyədəki kimi Azərbaycanda da iri koorperasiyaların müvafiq nümayəndəlikləri açıla bilər".
Elman Nəsirov "sosial şəbəkədəki casuslar"dan danışdı: “Şər-böhtan ifraz...”
16
avqust
14:51

Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov şəklindən danışdı - “Fotoşop deyil...”
Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Elman Nəsirov: “Milli dönüklər üzbəüz mübarizə aparmaq gücündə deyillər”
"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" - Elman Nəsirov
Nazirlikdən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat