"İyul-avqust aylarında uşaqlar və böyüklər arasında qusma, ishal və hərarətlə müşahidə olunan viruslar yayılır. Əslində bu, yeni virus deyil, koronavirusla da əlaqəsi yoxdur. Bunlar yanvar və avqust aylarında yayılan Rota viruslardır. Uşaqlarda daha çox görülür. Ürəkbulanma şəklində başlayır, qusma şəklində davam edir, ardınca da ishala çevrilir. Bəzi uşaqlarda ishal olmaya bilər, bəzilərində qarında ağrılar olur, bəzilərində qarında limfa düyünləri böyüyür, bəzilərində isə iştahsızlıq müşahidə olunur".
Bunu "ARB24"ün efirində yayımlanan "Gündəm" verilişində həkim Qoşqar İsmayılov deyib.
Həkim qeyd edib ki, bu tip viruslar kontakt yolu ilə, əsasən də, uşaqlar bir-birinin oyuncaqları ilə oynayarkən, əşyalarından istifadə edərkən yayılır. Rota viruslar daha çox hovuz və dəniz vasitəsilə keçir.
Həkim valideynlərə müraciət edərək bildirib ki, əgər uşaqda halsızlıq, iştahsızlıq, gün ərzində 5-6 dəfə qusma halı müşahidə olunursa, ishal başlayıb, hərarət yüksəlibsə mütləq ailə həkiminə müraciət etsinlər.
Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO
19
avqust
16:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat