Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti və dünya miqyasında nüfuzunun gündən-günə artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur.
Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələri xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlanır. Bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istəyirəm.
Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
01
sentyabr
11:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat