“Artıq Laçın şəhəri və iki kənd bizim nəzarətimizdədir”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.
MN rəsmisi bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir:
"Mühəndis qoşunları tərəfindən mina axtarma işləri davam etdirir. Qeyd edim ki, Laçın şəhərində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların müharibədən sonra Ermənistan Respublikasında istehsal olunması müəyyən edilib. Bu da Azərbaycan Ordusuna və əhalisinə qarşı təcavüzün göstəricisidir".
A.Eyvazov qeyd edib ki, hazırda burda olan hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır: "Azad edilmiş digər ərazilərdə olduğu kimi, burada hər şey çox yüksək səviyyədə təşkil ediləcək".
Mətbuat xidmətinin rəisi əlavə edib ki, bir həftə ərzində Ermənistan tərəfindən Laçın və Laçın ətrafı ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hər an hazırdır".
"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Anar Eyvazov
01
sentyabr
13:42

Qarabağ
KOMMENTLƏR
Müdafiə Nazirliyi bu ərazilərlə bağlı məlumat yaydı
"Yeni döyüş təlimatları hazırlanır" - Anar Eyvazov
"Azad edilmiş ərazilərdə 48 mindən çox mina aşkarlanıb" - ANAMA rəhbəri
Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu
Azad edilən ərazilərdə 60-dək modul tipli hərbi yerləşmə məntəqəsi istifadəyə verilib - RƏSMİ
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA