Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu günə olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.
Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib. Lənkəranda 29.0 mm (aylıq normanın 49%-i), Astarada 24.0 mm (aylıq normanın 48%-i), Zaqatalada 16.0 mm, Balakəndə 11.0 mm, Yardımlıda 10.0 mm, Vəlvələçay-Təngəaltıda 9.0 mm (Quba), Lerikdə 8.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7.0 mm, Qubada 5.0 mm, Sarıbaşda (Qax) 4.0 mm, Ləzədə 3.0 mm, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1.0 mm, Abşeron Dəniz rayonunda Çilov adasında yağış yağıb.
Külək: Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
06
sentyabr
12:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat