Əvvəlki qaydalarla müddətli əlillik təyin olunmuş şəxslərin müddət bitmədən yeni qaydalarla yenidən əlliliyin təyin olunması üçün müraciət edə bilib-bilməməsi məsələsinə aydınlıq gətirilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib ki, hazırda həmin şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş əlillik müddətləri var.
“Əgər həmin şəxslərə müddətli əlillik təyin olunubsa, onun müddəti bitdikdən sonra yeni qaydalara uyğun olaraq müraciət edəcək və yeni qaydalarla əlillik təyinatı aparılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.
Əlilliyi olan şəxslər yeni qaydalarla təyinat üçün müraciət edə bilər?
06
sentyabr
13:43

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi