Aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.
Aktrisa bu barədə "Instagram" hesabında yazıb:
"Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq və kəbin kəsdirdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik və bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq. Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa cəhd etdik, alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq və biz dost kimi münasibətimizi qoruyub saxlayaq, belə hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq".
Bildirək ki, Oksana ilə Şəhriyarın evli olduğu ötən ilin noyabrında müğənni Roza Zərgərlinin "Tam vaxtıdır" verilişində üzə çıxmışdı. Onlar 4 ildir evli olduqlarını bildirmişdilər.
Oksana ilə Şəhriyar ayrıldı - FOTO
07
sentyabr
10:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat