"İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?!"
Moderator xəbər verir ki, bunu aktyor Müşfiq Şahverdiyev deyib.
O əlavə edib: "Əslində, mən dram və kino aktyorluğu fakültəsində oxumuşam. İndiyə qədər yadımdadır ki, 2002-ci ildə səhnədə ilk dəfə dram tamaşasında oynadım. Tamaşa qurtaran kimi hər kəsin ağladığının şahidi oldum. Bəzən öz-özümə sual verirəm ki, mən dramı yaxşı oynayıram, yoxsa komediyanı?"
Aktyor daha sonra filmlərə çəkilməyindən danışıb:
"Rejissorlar bəzən elə qiymət təklif edirlər ki, adam aktyor işlədiyi üçün bu sənətə nifrət edir. Aktyor sənətini ucuzlaşdırmaq olmaz. Təbii ki, bunun günahkarı həm rejissorlar, həm də aktyorlardır. Şəxsən mən bazarlıq etməyi sevmirəm. Çünki bazarlıq aktyor sənətini ucuzlaşdırır. Dediyim qiymətə çəkilirəm. İstəyirsən çək, istəmirsən, çəkmə".
"Sosial şəbəkələrdən pul qazana bilirsiniz" sualına isə aktyor belə cavab verib:
"Sosial şəbəkələrdən pul qazanmaq üçün onunla ciddi məşğul olmaq lazımdır. Biz də iş-güc adamıyıq, bütün günü çəkilişlərdə oluruq. Canlı yayımlar açmaq lazımdır, insanları dəvət etmək lazımdır. Yutubda layihə edəndə ordan az da olsa qazanıram. Bilirsiniz ki, baxış sayı çox olmalıdır. İnsanların baxması üçün də onları təəccübləndirmək lazımdır. Bu gün isə insanları təəccübləndirmək çətindir, hətta müşkül məsələyə çevrilib".
Müşfiq: “Dram tamaşasında oynadım, hamı ağladı“
10
sentyabr
21:06

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA