"Bu illər ərzində ikiüzlü, riyakar insanlar qarşıma çox çıxıb".
Moderator xəbər verir ki, bunu Xalq artisti Nisə Qasımova deyib.
O əlavə edib: "Məni çox qınaq atəşinə tutdular, bu zaman divar köməyimə gəldi. Mənə dayaq ola biləcək insanlar var idi, o insanlar məndən qaçdılar. Çünki daha imkanlı, daha nüfuzlu insanla dostluq etmək, mənim kimi təvazökar və sadə insanla dostluq etməkdən yaxşı idi.
Bəlkə də incəsənət sahəsində mənim qədər həssas xanım müğənni yoxdur. Bu həssaslığın yanında çox dözümlü, səbirliyəm. Bəzən deyirəm ki, bəlkə mən poladam, xəbərim yoxdur?!
Heç vaxt zirvədən aşağı baxa bilmədim. Təəssüflər olsun ki, həmişə insanlara bərabər gözlə baxdım. Hamı bilir ki, mən tez-tez küsə, barışa bilərəm. Bu mənəm, xarakterimdir. Bir gün çılğın, bir gün sevincli, bir gün qəmli".
Xalq artisti ona qoyulan qadağalardan da danışıb:
"O illərdə "Azərbaycan qızıyam" mahnısını oxuyanda ağ don, başımda da şlyapa var idi. Bunu rejissor çəkmək istəmirdi. Deyirdi ki, "siz Azərbaycan qızıyam" mahnısını oxuyursuz, amma fransızlar kimi geyinmisiz. Bu geyim mənim israrım oldu. Film-konsert çəkilmişdi, ən çox bəyənilən də mənim hissəm oldu".
Nisə Qasımova imkanlı insanla dostluq etmədən danışdı
10
sentyabr
14:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat