Əməkdar artist Aybəniz Haşımova uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovla bağlı paylaşım edib.
Şəhidin fotosunu sosial şəbəkə hesabında yayımlayan Haşımova onun anasına səslənib:
“SOS uşaq kəndində böyüyüb bu balamız. Nə anası, nə də ki atası var. Allahdan yox, bəndələrdən qurma bir ailəsi var idi. Bir neçə atılmışlardan qurulan bacı, qardaş və onlara baxacaq qadın, hansı ki, o körpələr ona ana deyib çağırırdılar.
Dəfələrlə kənardan müşahidə etmişəm və öz-özümə sizi buralara atıb gedən anaya, ataya nə deyəsən ki, adamın ürəyi soyuya demişəm. Həmin o, vaxtilə atdığın oğul şəhid olub. İndi gəl heç olmaya balanı bağrına bas, ağla, ey qadın. Axı, indi onu sənin kimi ağlayan olmayacaq...
Dünən 50 şəhidin xəbəri qəlbimi param-parca edib. Allaha ağır getməsin əllərim yanıma düşüb, heyim qalmayıb”.
Aybəniz Haşımova uşaq evində böyüyən şəhidin anasına səsləndi
14
sentyabr
11:33

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi