"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib.
ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildirmişlər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Son döyüşlərdə şəhid olanların kredit borcları silindi
19
sentyabr
11:15

Qarabağ
KOMMENTLƏR
Şəhidlərin ailə üzvlərinin kredit borcları silinsin! - TƏKLİF
830 şəhidə aid 1 503 kredit silindi - RƏSMİ
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ
Kreditini ödəyə bilməyənlərin nəzərinə! — Sentyabr ayının 30-a qədər...
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər