Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilir.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Dəyişikliklə, Kəpəz və Nizami bələdiyyələrinin əhatə etdiyi ərazi dəyişir. Belə ki, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilər - Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi olacaq. Nizami Bələdiyyəsinin əhatə etdiyi ərazilər - Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi hesab olunacaq.
Qüvvədə olan qanuna görə Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilərə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazilərə isə Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi aiddir.
Gəncədə bələdiyyələrin ərazisi dəyişir
20
sentyabr
11:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat