Sosial şəbəkələr mütləq qanunla tənzimlənməlidir
"Sosial media istifadəçilərinin qeydiyyatı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir"
Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. Sosial şəbəkədə insanların təhqir edilməsindən, böhtan atılmasından narahatlığını ifadə edən millət vəkili deyib ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq. Media eksperti Azər Həsrət bildirib ki, sosial şəbəkələrlə bağlı təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən bir durum var: “Əksər ölkələrdə, o cümlədən Azərbaycanda sosial şəbəkələrlə, sosial şəbəkələrdəki hərc-mərcliklə bağlı tədbir görülməsi çətinliklərlə müşayiət olunur. Yəni dövlət belə hallar olanda tam olaraq necə davranacağını müəyyənləşdirə bilməyib. Bunun səbəbi odur ki, bu sahəni əhatə edəcək əsaslı qanunlar demək olar ki, yoxdur. Düzdür, müəyyən qanunlar var, konkret maddələr var. Bunları bilirik, amma ümumilikdə bu sahəni tənzimləyəcək qanunvericilik yetərli deyil. İllərdir ki, bir fikir səsləndirirəm və qanun təşəbbüsü olarsa, orada da yer almasını istərdim. "Sosial media istifadəçilərinin qeydiyyatı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir", - deyə bir maddə olmalıdır. Yəni insanların saxta profillər altında sosial media üzərindən fəaliyyət göstərməsinin qarşısı alınmalı, birmənalı şəkildə əngəllənməlidir.
Bu təklif, bu fikir təkcə Azərbaycanda deyil, ABŞ da başda olmaqla, dünyanın bir çox ölkələrində illərdir, ictimai rəydə var, müzakirə olunur. Təəssüflər olsun ki, hələ də bu istiqamətdə real addımlar atan ölkələr yoxdur. Düzdür, indi belə qanun qəbul etsək, müəyyən qara qüvvələr üstümüzə gələcək. Amma nəzərə almaq lazımdır ki, ifadə azadlığı həm də məsuliyyət, dürüstlük, ədəb, çərçivə deməkdir. Bütün bunlardan yayınmaq istəyən insanlar saxta adlar altında sosial mediada qeydiyyatdan keçir və digər istifadəçiləri narahat edir. Ona görə də qanun qəbul edilməsinin tərəfdarıyam".
Saxta profillər meydan sulayır
23
sentyabr
16:29

Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun hazırlanmalıdır”
"Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur" - Deputat
"Qulağımız eşitməyən sözləri, gözlərimiz sosial şəbəkədən oxuyur" - Deputat
"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" - Elman Nəsirov
“Sosial şəbəkələr haqqında” qanun qəbul edilməlidir" - Deputat
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat