Müğənni Rəqsanə İsmayılovanın "Göz önündə" adlı YouTube layihəsi yayımlanıb.
O, verilişinə ilk qonaq kimi qızı və həmkarı Aysun İsmayılovanı dəvət edib.
Bir çox mövzuya toxunan gənc ifaçı uşaqlıq illərindən də danışıb.
O, vaxtilə atasının anasını döydüyü üçün Rəqsanənin intihara cəhd etdiyini açıqlayıb:
“Uşaqların pis xatirələri varsa, hər zaman yaddaşda qalır. Atam səni heç nəyin üstündə döymüşdü. Onda Moskvada idik, sən özünü öldürmək istəmişdin. Dərman içmişdin. Ellada xalam gəldi, səni təcili yardımla apardılar. Mənə xalam baxdı. Uşaqlıq xatirələrimdən o yadımdadır. Sən yerdə idin mən "ana, ana" deyib qışqırırdım, səni xərəyə qoyub apardılar”.
Verilişdən olan həmin hissəyə 19-cu dəqiqədən etibarən baxa bilərsiniz:
 

скачать dle 12.1