“Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı yayılan məsələ təsdiqin tapıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb:
“Həmin iddialar təsdiqini tapıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı iddialar yer alıb. Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq.
Bakıda evliliyə məcbur edilən 17 yaşlı qız sığınacağa yerləşdirildi
29
sentyabr
15:14

Qarabağ
KOMMENTLƏR
Bakıda 17 yaşlı qız zorla ərə verilir - DİN araşdırmaya başladı
Masallıda 13 yaşlı qız ərə verilib? - AÇIQLAMA (YENİLƏNİB+FOTO)
Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarıldı
15 yaşlı "gəlin"lə 30 yaşlı bəy polisə çağırıldı - VİDEO (YENİLƏNİB)
DİN 17 yaşlı qızın zorla qaçırılması ilə bağlı MƏLUMAT YAYDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat