Hazırda payız mövsümü olmasına baxmayaraq, havanın temperaturu normadan 3.16 dərəcə yüksəkdir.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva oktyabr üçün xarakterik olmayan hava şəraitilə bağlı danışarkən bildirib.
Ü.Tağıyeva deyib ki, hazırda paytaxtda, eləcə də əksər rayonlarda hava yağmursuzdur:
“Oktyabr ayının ilk günlərində havanın mülayim keçməsi haqqında proqnoz vermişdik. Bu gündən etibarən hava şəraitinin dəyişəcəyi gözlənilir. Abşeron yarmadasında şimal küləyinin sürəti bir qədər artacaq. Ayın 7-si və 8-i temperatur tədricən enəcək və oktyabr ayı üçün səciyyəvi olan göstəricilər müşahidə olunacaq. Paytaxtda təxminən 21-22 dərəcə isti gözlənilir. Uzun müddət yağmursuz hava şəraitindən sonra bəzi rayonlarda bu proses yağışlarla müşahidə olunacaq. Çox güclü yağıntılar gözlənilmir, amma şimal-şərq rayonlarında leysan xarakterli yağıntıların bir qədər intensivləşəcəyi gözlənilir”.
Nazirlik rəsmisi bildirib ki, hazırkı hava şəraitini təyin edən hava kütləsi cənubdan hərəkət edən hava kütləsidir:
“Həmin hava kütləsi də istidir. Onların təsiri nəticəsində hava bu qədər mülayim keçir. Hava hazırda dəyişkəndir. Şimal qərbdən soyuq atmosfer cəbhələri ölkə ərazisinə yaxınlaşır".
U.Tağıyevanın sözlərinə görə, oktyabr üçün xarakterik olmasa da, müxtəlif illərdə bu cür hava şəraiti müşahidə olunub.
Bu gündən etibarən hava şəraiti dəyişəcək
06
oktyabr
10:58

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər