Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov müalicə müəssisəsinə yerləşdirilib.
APA xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.
Vəkil bildirib ki, ötən gün cəzaçəkmə müəssisəsində səhhəti pisləşən müvəkkili həkimlərin tövsiyəsi ilə Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb, hazırda həkim nəzarəti altındadır.Qeyd edək ki, sabiq icra başçısı məhkəmə istintaqı dövründə ürəyindən iki dəfə əməliyyat olunub. Ötən gün isə həkimləri müayinəsindən sonra ürəyində yeni çat əmələ gəldiyi bildirilib.
Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.
Həbsdəki icra başçısı müalicə müəssisəsinə köçürüldü
06
oktyabr
11:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat