"Babam bu ilin martında dünyasını dəyişib. Onun vəfatından sonra nənəm özünü toparlaya bilmədi. Həm də nənəm böyrək çatışmazlığından əziyyət çəkirdi. Bildiyiniz kimi, bibim Honq-Konqda yaşayır. O, müvəqqəti olaraq onun yanına getmişdi. Bir neçə gün sonra Azərbaycana qayıdacaqdı".
Bu sözləri açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov deyib. Onun sözlərinə görə, nənəsinin nəşi 3 günə Azərbaycana gətiriləcək:
"Nənəm Honq-Konqa həm bibimi ziyarət etmək, həm də xəstəliyi ilə bağlı bəzi müayinələr etdirmək üçün getmişdi. Lakin orada səhhəti qəfildən pisləşib və vəfat edib. Nənəmin nəşi 3 gün ərzində Bakıya gətiriləcək".
Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ötən gün Honq-Konqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.
Ruhəngiz Qasımovanın nəşi Azərbaycana bu vaxt gətiriləcək - AÇIQLAMA
10
oktyabr
16:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat