"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradov barəsindəki hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Vidadi Muradovun ailə üzvləri tərəfindən verilən şikayətdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və əmlaklarının müsadirədən azad olunması istənilib.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə şikayət qismən təmin edilib.
Vidadi Muradovun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.
Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub. V. Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa Vidadi Muradovun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.
Vidadi Muradovun əmlaklarına qoyulan həbs qərarı dəyişdi
12
oktyabr
13:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat