Bakıda avtobus sürücülərindən daha biri yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
163 nömrəli avtobusda qeydə alınan hadisə zamanı sürücü telefondan istifadə edərək sükanı bir əli ilə idarə edib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirib ki, təqdim olunan görüntü ilə əlaqədar olaraq 163 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı "Manella" MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb:
"Sükan arxasında telefondan istifadəyə görə inzibati tənbeh tədbiri görülməsi Agentliyin səlahiyyətlərinə aid olmasa da daşıyıcı şirkət qarşısında həmin sürücü barəsində ciddi intizam tədbiri görülməsi ilə bağlı məsələ qaldırılacaq. Ümumilikdə qeyd edim ki, "Manella" MMC-nin istismarında olan 163 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyəti qənaətbəxş deyil.
Sərnişinlərdən bu marşrut xətti üzrə çoxsaylı şikayətlər daxil olur. Dəfələrlə bu barədə daşıyıcıya xəbərdarlıq olunmasına baxmayaraq müsbət dəyişiklik hiss olunmur. Bunu nəzərə alaraq marşrut xətti müsabiqəyə çıxarılıb".
Bakıda sürücü qulağında telefon avtobus idarə etdi - ANBAAN VİDEO
18
oktyabr
12:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat