İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqları başa çatdırılaraq xəttə buraxılıb.
Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 81-765.B/766.B seriyalı hərəkət tərkibləri Yaşıl xətt üzrə hərəkət edəcək.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, 2020-2022-ci illər ərzində Bakı metropoliteninə, hər il 20 vaqon olmaqla, ümumilikdə, 60 yeni vaqon gətirilməlidir. Beləliklə, 2020-ci il ərzində gətirilməsi nəzərdə tutulmuş və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 4 yeni qatar artıq sərnişindaşıma prosesinə cəlb olunub. İlk iki belə qatar iyun ayının 29-dan xətdə işləyir.
Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.
Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir. Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətindən 2015-ci ildə 15, 2018-cı ildə 10, 2019-cu ildə 30, 2020-ci ildə isə 20 yeni tipli vaqon alıb.
"Bakı Metropoliteni" Rusiya istehsalı olan daha 2 yeni qatarı xəttə buraxıb
14
sentyabr
12:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat