Qaradağ rayonu ərazisində qaydaları pozan yol polisi əməkdaşları kameraya düşüb.
Bu barədə “MediaPost”a oxuculardan biri video göndərib.
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 53-cü kilometrliyində (Qobustan qəsəbəsi ərazisində) Qaradağ postuna məxsus YPX avtomobili yüksək sürətlə əks istiqamətdə hərəkət edib.
Qeyd edək ki, yol polisləri həmin ərazidə digər sürücülərə "protiv" getdiyi üçün cərimə yazır. Amma özləri də qaydaları pozur.
Xatırladaq ki, yol hərəkəti haqqında qanunun 74-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, operativ nəqliyyat vasitələri xidməti zərurətlə bağlı yol hərəkəti qaydalarını pozan zaman xüsusi səs siqnalı və sayrışan işıq siqnallarını eyni vaxtda qoşmalıdır.
Videonu təqdim edirik:
Yol polisləri qaydaları belə pozdu - VİDEO
14
sentyabr
14:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat