Belçika Krallığının Mons şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində illik konfrans keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
NATO-nun müxtəlif qərargahlarından olan nümayəndələrin, eləcə də Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən konfransda ölkəmizin ƏİK proqramından geniş istifadə etdiyi və tərəfdaş dövlətlər arasında qabaqcıl təcrübəyə malik olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş “Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Axtarış Qrupu” NATO-nun ƏİK proqramı çərçivəsində Türkiyədə keçirilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə “2-ci səviyyəli özünüqiymətləndirmə təlimi”ndə (NEL-2) müvəffəqiyyətlə iştirak edərək “Döyüşə hazır” bölmə kimi qiymətləndirilib.
Uğurlu iştirakına görə hərbi qulluqçularımıza Alyansın səlahiyyətli nümayəndəsi tərəfindən “Döyüşə hazır” sertifikatı təqdim edilib.
Azərbaycan hərbçilərinə NATO sertifikatı təqdim edilib
03
noyabr
14:19

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər