Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb.
Kartla ödəniş etməyə çalışan sərnişinlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları bununla bağlı xəbərdarlıq edib.
Dəmir yolu işçilərinin sözlərinə görə, məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.
ADY-nin Çağrı mərkəzindən “Report”a faktı təsdiq ediblər və qeyd ediblər ki, “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir:
“Biz ümumiyyətlə “Apple Pay” və “Google Pay”ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə “Mastercard” kartı, “Apple Pay” və “Google Pay” cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır”.
“Mastercard” şirkətindən isə bildirilib ki, problemin aradan qaldırılması üçün banklarla işlər aparılır: “ADY-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdarıq. Onları aradan qaldırmaq üçün banklarla yaxından təmasdayıq”.
Bakı-Sumqayıt qatarında bu kartlarla ödəniş dayandırılıb
08
noyabr
18:34

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA