"Gələn ay Rusiyanın paytaxtı Moskvadan MDB ölkələrinin şəhərlərinə uçuşlar bərpa oluna bilər".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq bununla bağlı mexanizmlər müzakirə edilir.
İlk öncə Moskva ilə Belarusun paytaxtı Minsk arasında hava əlaqəsi bərpa ediləcək. Növbəti mərhələdə isə Rusiya paytaxtından Qazaxıstanın Nur-Sultan şəhərinə, Özbəkistanın paytaxtı Daşkəndə, eləcə də Bakıya uçuşlar yerinə yetiriləcək.
Qeyd edək ki, sentyabrın 17-də Rusiya Federal Hava Nəqliyyat Agentliyi uçuşlarının bərpası ilə bağlı iclas keçirəcək. İclasda müxtəlif şirkətlərin uçuşların bərpası ilə bağlı tələbləri müzakirə ediləcək. Artıq “AzurAir” şirkəti Rusiyanın bir sıra şəhərlərinə, eləcə də Böyük Britaniyanın paytaxtı Londona, Misirin paytaxtı Qahirəyə, “Nordwind” şirkəti Türkiyənin İstanbul şəhərinə, “Red Wings” və “Azimut” şirkətləri Bakıya, “Nortstar” “Utair”, “Ruslayn” şirkətləri isə Minskə uçuşların bərpası ilə bağlı tələb irəli sürüb.
Xatırladaq ki, Rusiya koronavirus pandemiyasına görə martın 27-də bütün istiqamətlərdə, o cümlədən Azərbaycana uçuşlara qadağa qoyub. Hazırda iki ölkə arasında ayda 3-4 dəfə çarter reysləri həyata keçirilir.
Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir
15
sentyabr
16:49

Qarabağ
KOMMENTLƏR
Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
Sərhədlər açılan kimi Türkiyəyə axın etdilər - 18 günə 120 min turist
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin Texniki şərtləri imzalanıb
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat