"İcbari tibbi sığorta üzrə xidmətlər zərfi kifayət qədər genişdir, xidmətlərin sayı təxminən 3000-ə çatıb. Lakin hələ də bir sıra ciddi xəstəliklərin müalicəsi həmin xidmətlər zərfində yer almayıb".
Bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
Komitə sədri bildirib ki, zərfdə yer alması lazım olan xəstəliklərdən biri də məhz onkoloji xəstələrin müalicə məsələsidir.
“Növbəti ilin dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsi üçün ayrılan vəsaitin məbləği olduqca aşağıdır. Bu vəsaitin artırılmasını təklif edirəm. Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməkliyinizi göstərəsiniz. Bilirik ki, həmin xəstəlikdən əziyyət çəkənlər nə qədər pul xərcləyirlər".
Ə.Əmiraslanov həmçinin təklif edib ki, auitizm xəstəliyinin müalicəsi də icbari tibbi sığorta çərçivəsində öz təsdiqini tapsın.
"Onkoloji xəstəliyin müalicəsi icbari tibbi sığortaya daxil edilməlidir" - Komitə sədri
10
noyabr
12:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat