Dərsliklər paylanmadan əvvəl dezinfeksiya olunubmu? Nəzərə alsaq ki, vərəqlərin dezinfeksiya məhlulu ilə təmizlənməsi real deyil. Kitablar yarasız hala düşəcək, onda bəs bu dərsliklər necə dezinfeskiya olunmaldır?
Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Bu gündən artıq yeni tədris ili başlayıb. Amma narahatlıq doğuran əsas məqamlardan biri dərsliklərin paylanmasının gecikməsi yox, onların gigiyenik vəziyyətidir. Hələ bir müddət əvvəl köhnə dərsliklərin dezinfeksiya edildikdən sonra şagirdlərə paylanılacağı barədə məlumatlar yayılıb, amma valideynlər dərsliklərin dezinfeksiyasını evlərində tibbi spirtlə etdiklərini deyirlər.
Həkim Adil Qeybullanın sözlərinə görə, dezinfeksiyaedici maddələrin kimyəvi tərkibi var. Bu maddələr dərsliyin şriftini yararsız hala sala bilər. Dərsliklər isə oxumaq üçündür. Əgər şrifti pozulsa, şagird dərslikdən lazımi biliyi əldə edə bilməyəcək. Bu baxımdan dərsliklərin dezinfeskiyası kimyəvi məhlullarla yox ultrabənövşəyi şüalarla həyata keçirilməlidir. Həkim onu da bildirib ki, koronavirus əşyaların üzərində uzun müddət yaşaya bilmədiyindən, dərsliklərdən virusun keçmə ehtimalı çox azdır.
Təhsil nazirliyindən verilən məlumata görə, isə dərsliklər paylanılmadan əvvəl kitabxana şəraitində dezinfeskiya edilib.
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
15
sentyabr
17:26

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər