Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb.
Nazirlikdən verilən məlumata görə, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.
Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir.
Qeyd edək ki, bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.
Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş bank kartı olmadığı halda bu xidmətdən istifadə üçün “Azər-Türk Bank” ASC-nin təqdim etdiyi “Prepaid” bank kartlarından yararlana bilər. Bu kartları təkcə ictimai nəqliyyatda deyil, həmçinin digər ödənişlər (kommunal xərclər, mağazada alış-veriş və s.) üçün istifadə etmək mümkündür.
Sözügedən kartı “Azər-Türk Bank” ASC-nin filiallarından, “Azərpoçt” MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq. Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.
Məlumat üçün bildirək ki, layihənin sponsoru “Mastercard”, tənzimləyici qurum isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Layihə çərçivəsində kart prosessinq və maliyyə xidmətlərini isə “Azər-Türk Bank” ASC həyata keçirəcək.
Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
15
sentyabr
20:09

Qarabağ
KOMMENTLƏR
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
190 manatla bağlı BƏD XƏBƏR — Bu şəxslərə ikinci ay üçün VERİLMƏYƏCƏK
İndiyədək 100 min işsiz şəxsə birdəfəlik ödəniş üçün vəsait köçürülüb
Kapital Bank-dan təqaüdçülərə güzəşt
Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat