"Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları" haqqında qanuna yeni dəyişiklik layihəsi birinci oxunuşda qəbul olunub".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir:
"Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnitsiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır. Mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya da minimum pensiya kapitalı tələb olunur. Əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır".
Deputat bildirib ki, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququna malik olacaqlar:
"Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız yaşa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".
Pensiya amnistiyası daha 3 il uzadılır
18
noyabr
15:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat