"Partiya sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır."
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır: "Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".
***17:01
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə partiya sədri sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, bu gün Ankaraya səfər etməli imiş, lakin Daxili İşlər Nazirliyi (DİN) onun ölkədən çıxışına qadağa qoyub.
Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olduğunu qeyd edən A.Əsədli, məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını vurğulayıb.
Partiya sədrinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB
18
noyabr
17:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat