Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-də keçirilən reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.
Sentyabrın 14-də keçirilən reydlər zamanı isə Abşeron rayonunun Hökməli qəsəbəsində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Hökməli bələdiyyəsinin sədri cərimələnib
16
sentyabr
15:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat