İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 17 sentyabrdan etibarən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.
Bu barədə xəbəri İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi yayıb.
Bildirilir ki, sentyabrın 17-dən etibarən koronavirusa yoluxmanın yüksək həddə çatması səbəbi ilə məktəb, körpələr evi və uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin (xüsusi müəssisələrdən başqa) fəaliyyəti dayandırılır.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İsraildə son 24 saat ərzində 5 mindən çox insan koronavirusa yoluxub, ümumi yoluxanların sayı 170 minə yaxınlaşıb.
İsrail hökuməti 18 sentyabrdan üç həftə müddətinə sərt karantin tədbirlərini bərpa edəcək. Ölkənin yeni koronavirus pandemiyası dövründə “təkrar ümumi karantin tətbiq edən” ilk ölkə olduğu qeyd edilir.
İsraildə sabahdan məktəblər bağlanır
16
sentyabr
17:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat