Prezident İlham Əliyev beynəlxalq hüquqla bağlı qeyd etdi ki, çox az dövlətlər buna riayət edirlər. Bu, gələcəklə bağlı yeganə imkandır. Biz Azərbaycanla Birgə Bəyanatı, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzaladıq və bununla bağlı bütün zəruri məsələləri müzakirə etdik, energetika sahəsində əməkdaşlıqdan danışdıq.
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.
Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir.
“Biz Serbiya-Bolqarıstan arasında interkonnektorun inşasına çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik. Biz müvafiq transmissiya məsələlərini müzakirə etmişik. Bu, nəhəng bir layihədir. Qara dənizin altından çəkiləcək boru xətti bir çox ölkələri əlaqələndirəcək və bizim enerji müstəqilliyimizi təmin edəcək”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
"Azərbaycan qaz ixracı ilə bağlı böyük imkanlara malikdir" - Aleksandar Vuçiç
23
noyabr
16:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat