Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi xəbər verir.
Xəqani Rzaquliyev 1963 -cü il noyabrın 9-da Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.
1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.
O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub.
O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə-Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), «Gənclik» jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.
Xaqani Rzaquliyev 1992-ci il martın 12-də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

