Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.
Yenisabah.az-a daxil olan məlumatlara görə, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq.
Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.
BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media quruluşları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.
Məlumatlarda qeyd edilir ki, Əli Həsənovu təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.
Ümumilikdə isə bu vaxta qədər həmin binada BMM-dən başda bu təşkilatlar fəaliyyət göstərib: “Kaspi” qəzeti, Sputnik.az, Bilik Fondu, “Azərbaycan müəllimi” qəzeti, “Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, Burc fm, Araz fm, Azərbaycan Beynəlxalq Bankın filialı...
Əli Həsənova məxsus bina boşaldılır
17
sentyabr
11:32

Qarabağ
KOMMENTLƏR
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənov statusuna niyə əlavə etdi? – Polisə tənqid...
Daha bir media Əli Həsənovdan alındı
Komitədən 2.8 milyonluq tender qazanan şirkət haqda maraqlı məlumatlar - İLGİNC
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat