“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma o məsafəni də qoruyuram”.
Bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Düzünə qalsa...” verilişində deyib.
“Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt, qətiyyən! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdur. Çox nadir hallarda, bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar! Mənim problemim mənə aiddir. Onu qızıma da demərəm”, - aktrisa əlavə edib.
S. İsgəndərli qızına çox qadağa qoyduğunu etiraf edib:
“Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən də! Qızıma çox qadağa qoymuşam, bu günə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb-universitet! Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağı-qarası idi, ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı-acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır...”
Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam”
28
noyabr
15:09

Qarabağ
KOMMENTLƏR
"Qızımı belə böyütdüyüm üçün peşmanam" - Əməkdar artist
Sənubər İsgəndərli “Xəzər“ə keçdi: Veriliş aparacaq
"Bu onu göstərir ki, teatr bizim üçün ən axırıncı yerdədir" - Sənubər İsgəndərli
“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“- Mətanət İsgəndərlinin gəlini
“Özümü 5 ci mərtəbədən atacam“ - Mətanət İsgəndərli
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi